+994 50 230 9494

Правила и условия пользования

Правила и условия пользования

Правила и условия пользования

Veb səhifəsindən istifadə qaydaları və ümumi şərtlər.

https://tibiex.com veb platformasından (bundan sonra Veb Portal) istifadə edən hər bir istifadəçi (bundan sonra İstifadəçi), qeydiyyatdan keçməklə aşağıda qeyd edilmiş şərtlər və qaydaları qəbul etmiş olur.

Veb Portalın content və hüquqları “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” tərəfindən EL-418/ 2018 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında sürətli poçt daşıma xidməti həyata keçirən və “Azərbaycan Respublikası Vergilər Nazirliyi” tərəfindən verilmiş 2905034541 VÖEN altında fəaliyyət göstərən, “TibiEx MMC” (bundan sonra Daşıyıcı) və Türkiyə Cümhuriyyətində 6100430031 nömrəli Vergi Kimlik Nömrəsi ilə fəaliyyət göstərən “Tibieks Bilgi Teknolojileri Sanayi ve Ticaret Limited” (bundan sonra Göndərici Şirkət) tərəfindən qorunur və şirkətlərin biznes fəaliyyətini dəstəkləmək üçün fəaliyyət göstərir. Veb Portalın heç bir kontenti yuxarıda qeyd edilən şirkətlərin rəsmi yazılı icazəsi olmadan istifadə edilə bilməz.

Sifarişin dəyəri 30 gün ərzində 1.000 (bir min)  ABŞ dolları məbləğinədək olduqda, gömrük orqanları tərəfindən İstifadəçidən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 (otuz) təqvim günü ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçinin sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faizə qədər) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyi yaranacaq.

1. Əsas anlayışlar:

1.1. Veb Portal - https://tibiex.com

1.2. Tərəfdaş şirkətlər - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş 2905034541 VÖEN altında fəaliyyət göstərən, TibiEx MMC və Türkiyə Cümhuriyyətində 6100430031 nömrəli Vergi Kimlik Nömrəsi ilə fəaliyyət göstərən Tibieks Bilgi Teknolojileri Sanayi ve Ticaret Limited şirkətləri. 

1.3. Daşıyıcı - TibiEx MMC VÖEN 2905034541

1.4. Göndərici Şirkət - Tibieks Bilgi Teknolojileri Sanayi ve Ticaret Limited, Vergi Kimlik Nömrəsi 6100430031

1.5. İstifadəçi - Veb portaldan qeydiyyatdan keçmiş və tərəfdaş şirkətlərin göstərdiyi xidmətlərdən yararlanan istənilən fiziki şəxs.

1.6. Şəxsi İD kod - istənilən fiziki şəxs Veb Portaldan qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab nömrəsi.

1.7. Şəxsi məlumatlar - Veb Portaldan qeydiyyatdan keçən zaman və sonradan istifadəçinin təqdim etdiyi və şəxsən ona aid olan məlumatlar (ad, soyad, şəxsiyyət vəsiqəsi nömrəsi, e-poçt və s.).

1.8. Şəxsi kabinet - Veb Portaldan qeydiyyatdan keçdikdən sonra istifadəçinin e-poçt və şifrəsi ilə daxil ola biləcəyi və bağlama və sifarişlərini izləyə biləcəyi Veb portalın bir bölümü. ( https://a.tibiex.com )

1.9. Qadağan edilmiş yüklər - Qəbul edən və göndərilən ölkənin müvafiq qanunvericiliyi ilə ölkə ərazisinə idxalı məhdudlaşdırılmış və ya qadağan edilmiş yüklər.

1.10. Sifariş - Göndərici şirkətin, istifadəçinin veb portal vasitəsi ilə etmiş olduğu ödəniş əsasında yaranmış sifariş sorğusu.

1.11. Yerli Anbar - İstifadəçinin veb portaldan istifadə etdiyi ölkədə yerləşən daşıyıcı şirkətin bağlamaları saxlanc etdiyi yer.

1.12. Xarici Anbar - İstifadəçinin sifariş etdiyi ölkədə yerləşən daşıyıcı şirkətin bağlamaları qəbul etiyi və göndəricinin saxlanc etdiyi yer.

1.13. Daşınma - istifadəçi sifarişi və ya sorğusu əsasında yaranmış göndərici şirkətin taşıyıcı şirkətə həvalə etdiyi xidmətin və buna dair bütün prosedurlar nəzərdə tutulur.

1.14. Digər xidmətlər - daşınmadan əlavə yüklərin istifadəçiyə çatdırılmasına dair, lakin bununla məhdudlaşmayan yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s. İstifadəçi qəbul edir və razılaşır ki, TibiEx MMC yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərə müraciət edə və onlarla subkontrakt müqavilələr imzalaya bilər.


2.  Tərəflərin vəzifələri və hüquqları:

Tərəflər aşağıda qeyd olunan öhdəlikləri anlayır, qəbul edir və icrasını təmin edir:

2.1. İstifadəçi öz şəxsi məlumatlarının Tərəfdaş Şirkətlər tərəfindən saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair razılığı verir.

2.2. İstifadəçi Veb Portalda vaxtaşırı yerləşdirilən yeniliklər və dəyişiklikləri izləyir. Bu cür yenilik və dəyişikliklərin istifadəçi tərəfindən izlənilməməsi və yaxud öhdəliklərin icrasından boyun qaçırılması məqsədilə istifadəsi əsassız sayılır.

2.3. İstifadəçi sifarişi özü edibsə:

2.3.1. İstifadəçi daşınma üçün göndərilən bağlama barədə məlumatların (çəki, sayı və s.) tam, müvafiq qaydalarla düzgün və faktiki olaraq göstərilməsini, təmin edir. Bağlamalar barədə hər hansı məlumatın göstərilməməsi və ya düzgün göstərilməməsi nəticəsində daşıyıcı yük barədə heç bir məsuliyyət daşımır

2.3.2. İstifadəçi ünvanı (poçt indeksi və s.) veb portalda ona təqdim edilmiş formada tam, düzgün göstərir və yükü müşahidə edən sənədlər üzərində oxunmaya yararlı vəziyyətdə olmasını təmin edir

2.3.3. İstifadəçi daşınma üçün Daşıyəcə şirkətə təqdim etdiyi yüklərin düzgün və daşınma zamanı yarana bilən risklərdən kifayət qədər dərəcədə qoruyan qaydada qablaşdırılmasını təmin edir.

2.3.4. İsitifadəçinin daşınma üçün təqdim etdiyi yüklər, İstifadəçinin yaşadığı ölkənin qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan olunmamış və yaxud məhdudlaşdırılmamışdır.

2.3.5. İstifadəçi internet üzərindən alış zamanı müvafiq ölkənin qanunvericiliyi ilə ölkə ərazisindən ixrac qadağan olunmamış və yaxud məhdudlaşdırılmamışdır.

2.3.6. İstifadəçi internet üzərindən alış zamanı çatdırılma ünvanı (Göndərici Şirkətin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir.  İstifadəçi tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Tərəfdaş Şirkətlər heç bir məsuliyyət daşımır.


2.4. İstifadəçi Tərəfdaş Şirkətlərin yüklərin alınması, daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərə müraciət etməsinə və bununla əlaqədar subkontrakt müqavilələrin imzalaya bilməsinə razıdır.

2.5. İstifadəçi onun şəxsi Şəxsi Kabinet vasitəsi ilə bağlama və sifarişlərinin son durumunu izləyə bilər.

2.6. İstifadəçi tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozması nəticəsində daşıyıcıya qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir və öz öhdəsinə götürür.

2.7. İstifadəçi yüklərin daşınması ilə əlaqədar olaraq yüklər barədə səhv və yaxud yalnış məlumatları göstərdiyi təqdirdə və bunun nəticəsində yaranan cərimələrə, sanksiyalara və s. görə özü tam və hərtərəfli məsuliyyət daşıdığını anlayır və qəbul edir.

2.8. Tərəfdaş Şirkətlər müvafiq ölkədə anbarına daxil olan zədələnmiş yük/yüklər və yaxud yük/yüklərin hissə/hissələrində zədələnmə faktı olduğu halda və bu barədə məlumat daşıyıcıya yükün/yüklərin təhvil verildiyi an bildirilmədiyi halda daşıyıcı heç bir məsuliyyət daşımır. Belə yüklərin ölkə ərazisinə idxalına/ixracına görə daşıyıcıya qarşı tətbiq olunan cərimə, sanksiya və s. tutumlara görə istifadəçi məsuliyyət daşıdığını anlayır və onların ödənilməsini öz öhdəsinə götürür.

2.9. Tərəfdaş Şirkətlər keyfiyyəti və yararlığına görə heç bir məsuliyyət daşımır.

2.10. Tərəfdaş Şirkətlər yükün zədələnməsi faktının araşdırılması hüququnu özündə saxlayır.

2.11. Göndərici şirkət, daşınılmaya qadağan olunmuş və zədələnmiş bağlamalar istisna olmaqla, bağlamaların xarici anbardan geri qaytarılması xidmətini göstərmir.

2.12. Daşınılmaya qadağan olunmuş və zədələnmiş bağlamaların xarici anbardan geri və ya digər ünvana göndərilməsi ödənişli əsaslarla həyata keçirilir. Bir bağlamanın göndərilmə xərci 40(qırx) ABŞ dolları təşkil edir.

2.13. Tərəfdaş Şirkətlər daşıma və çatdırılma məqsədilə üçüncü şəxslərə müraciət etdiyi halda və yaxud onlarla subkontrakt bağladığı halda sonuncuların fəaliyyətində yaranan dayanmalar və gecikmələrə görə istifadəçinin qarşısında heç bir məsuliyyət daşımır.

2.14. Tərəfdaş Şirkətlər istifadəçi tərəfindən öhdəliklərin tam və yaxud qismən icra etmədiyi halda ona xidmət göstərməyi müvəqqəti və yaxud tam dayandıra bilər.

2.15. Tərəfdaş Şirkətlər daşıma ilə əlaqədar yaranan istifadəçinin bütün suallarını mümkün əlaqə vasitələri ilə (e-mail, telefon, sayt üzərindən və s.) cavablandırmağa borcludur.

2.16. Tərəfdaş Şirkətlər istifadəçi tərəfindən təqdim olunmuş səhv və yaxud yalnış məlumata görə sonuncuya dəymiş ziyana görə heç bir məsuliyyət daşımır

2.17. Tərəfdaş Şirkətlər onun müvafiq ölkədəki yerləşən anbarına istifadıçinin yükünün üçüncü şirkətlər (kuryer, nəqliyyat, poçt və s.) tərəfindən çatdırılmasına, çatdırılma sürəti və vaxtına görə heç bir məsuliyyət və cavabdehlik daşımır. Daşıyıcının rəsmi veb səhifəsində qeyd olunmuş çatdırılma vaxtları təqribidir və daşıyıcını bu vaxtlara tamamilə riayət etməyə məcbur etmir. Yüklərin çatdırılmasında gecikmələr və dayanmalara görə daşıyıcı heç bir məsuliyyət daşımır.

2.18. İstifadəçi anlayır və qəbul edir ki, daşıyıcının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirilməsi üçün hüququ vardır.


3. İstifadəçiyə  göstərilən xitmətlər və onların şərtləri:

3.1 Sifariş xidməti:

3.1.1. Dayışıyıcı satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Daşıyıcı isrifadəçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Göndərici Şirkətin bank hesabına köçürür. Göndərici Şirkət sifariş xidmətinin verilmə prosesi üçün əlavə olaraq öncə veb portalda göstərilən ödəmə komissiyası alır.

3.1.2. Alınması gərəkən sifarişlərin onlayn şəkildə ödəmə edilməsi vacibdir. 3.1.3. Qapıda ödəmə və ya instaqram (və s. kimi) səhifəsi və s. ilə göndərilən sifarişlər qəbul olunmur.

3.1.4. Sifarişlər ardıcıl növbəli olaraq verilir, sifarişin verilmə müddəti sifariş sayından asılı olaraq dəyişə bilər.

3.1.5. Tərəfdaş şirkətlər heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.

3.1.6. Göndərən şirkət satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.

3.1.7. İstifadəçi sifarişi verdikdən ,ödəniş qəbul olunub məhsul Göndərən Şirkət tərəfindən alındıqdan sonra, sifariş üzərində heç bir əməliyyat aparılmır (Sifarişin ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s.)

3.1.8. Göndərən şirkət sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin qeyd etməliyik ki, bəzi satıcı firmalar sifarişləri daha sürətlə daşıma şirkətinə çatdırmaq üçün eyni istifadəçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərir. 

3.1.9. İstifadəçilərə sifariş vermədən öncə satıcı firmalar haqqında digər istifadəçilərin rəyləri ilə tanış olmaları və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyyə olunur.

3.1.10. Endirim kuponları və ya kampaniyalar ilə bağlı istifadəçi Qeyd hissəsində məlumat verməlidir. Qeyd olmadığı təqdirdə endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.

3.1.11. Qeyd edilmiş kompaniyanın bitməsinə görə göndərici şirkət məsuliyyət daşımır

3.1.12. İstifadəçi ödəniş edərkən, sifariş etdiyi ölkənin daxili daşınma karqo ödənişini etmədiyi halda bu ödənişi mal təhvil verilənədək etməlidir.

3.1.13. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ Göndərici şirkət tərəfindən kartına geri qaytarılır.

3.1.14. Ödəniş xidməti sadəcə Türkiyə Lirəsi (TRY) üzərindən aparılır əlavə bank komissiyalarına görə Göndərici şirkət heç bir məsuliyyət daşımır. ( Sifariş verməzdən öncə bankınız ilə TRY konverstasiya xərcini dəqiqləşdirə bilərsiniz )

3.1.15. Sifariş olunmuş məhsullun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa 5% komissiya geri qaytarılmır

3.1.16. Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.

3.1.17. Sifarişləri səbətə topladıqdan sonra Bir dəfəlik olaraq toplam ödə ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər.

3.1.18. Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir, bəzi hallarda isə daha bir neçə gün banklardan asılı olaraq gecikmə ola bilər.

3.1.19. Azərbaycan qanunvericiliyinə qadağan, və sizə öncədən bildirilən qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.

3.1.20. Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.


3.2. Bağlamanın çatdırılması xidməti:

3.2.1. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır.

3.2.2. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda İstifadəçi problemin aradan qaldırması üçün əşyadakı qüsurlara görə pretenziyasını ancaq Satıcıya qarşı irəli sürə bilər.

3.2.3. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən İstifadəçiyə bu barədə zənglə, SMS-lə, poçt bildirişi ilə və ya e-mail vasitəsilə məlumat  veriləcək. Sadalanan bu vasitələrdən (zəng, SMS, poçt, e-mail) hər hansı biri ilə İstifadəçiyə məlumat verildikdə, İstifadəçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək.  

3.2.4. İstifadəçi bağlamanı “Daşıyıcı”nın ünvanında yerləşən ofisindən götürəcək. Əgər İstifadəçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman ödənişli kuryer xidmətindən istifadə edə bilər.

3.2.4. Sifariş olunan bağlamanın  “Daşıyıcı”nın ofisinə daxil olması barədə İstifadəçiyə məlumat verildiyi andan etibarən 21 (iyirmi bir) təqvim günü ərzində İstifadəçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. 

3.2.5. İstifadəçi “Daşıyıcı”  qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.

3.2.6. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən İstifadəçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 3 (üç) ay ərzində İstifadəçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.

3.2.7. Sifariş olunan mal sınan əşyadırsa, təhvil alınarkən bağlama İstifadəçi tərəfindən açılmalı və  əşyanın salamatlılığı yoxlanılmalıdır. İstifadəçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” bütün iddialardan azad edilir.

3.2.8. Sifariş olunan bağlamanın çatdırılma haqqı 2 meyar üzrə (çəki və həcm) hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparır. Həcm meyarına əsasən ödəniş aparılan zaman en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

3.2.9. Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrılıqda hesablanır. (Sifarişiniz bir neçə bağlamada gələrsə hər bağlama üçün ayrı ayrılıqda hesablanır.)

3.2.10. Daşınma üçün ödəniş onlyan və ya nəğd şəkildə bağlamalar təhvil alınarkən tam formada və bütün bağlamalar üçün olunmalıdır.

3.2.11. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz.

Зарегистрироваться Пожалуйста зарегистрируйтесь для более многих возможностей.